Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri İsrail Gömrük Direktorluğunun direktor müavinini qəbul edib - FOTO

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri İsrail Gömrük Direktorluğunun direktor müavinini qəbul edib - <span style="color: red;">FOTO
# 09 sentyabr 2013 10:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İsrail Gömrük Direktorluğunun Gömrük sərhəd keçid məntəqələri üzrə direktor müavini Avraham Hadadı və ekspertlər - Alon Tassa, Omer Dinur və Gal Orpazı qəbul edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri A.Əliyev Azərbaycanla İsrail arasında təşəkkül tapmış qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

A.Əliyev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılıqla söhbət açıb, bu əlaqələrin genişlənməsində xüsusilə gömrük orqanlarının üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Azərbaycan Gömrük Xidmətinin İsrailin Gömrük Direktorluğu ilə təcrübə mübadiləsini, qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran komitə sədri bu baxımdan ötən il tərəflər arasında imzalanmış sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verdiyini və tərəflərin inteqrasiyasını sürətləndirdiyini bildirib. Komitə sədri Azərbaycan gömrük xidmətinin keçdiyi inkişaf yoluna da qısaca nəzər salıb, büdcə gəlirlərinin formalaşmasında, iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışıb, informasiya texnologiyalarının tətbiqi, qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

İsrail Gömrük Direktorluğunun Gömrük sərhəd keçid məntəqələri üzrə direktor müavini Avraham Hadad Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, Azərbaycan haqqında böyük təəssüratlar əldə etdiyini söyləyərək, həqiqətən ölkəmizdə iqtisadi tərəqqinin, hərtərəfli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən qonaq ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

İsrail və Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə nəzər salan direktor müavini iki ölkənin uyğun qurumlarının müsbət məcrada inkişaf edən qarşılıqlı əməkdaşlığından razılıqla söhbət açıb, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR