FHN Muğan Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirib

FHN Muğan Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirib
# 02 may 2014 14:05 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Muğan Regional Mərkəzinin əməkdaşları mayın 1-də Şirvan şəhər 18 saylı orta məktəbinin müəllim və şagird kollektivi ilə “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda maarifləndirmə tədbiri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, maarifləndirmə tədbirinin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydalarına riayət etməsi, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınmasında profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə plakat-slaydlar vasitəsilə Fövqəladə Hallar Nazirliyinin yaranması, qurumları və onların fəaliyyəti, “112” qaynar xətti, yanğın təhlükəsizliyi, “Fövqəladə hallar baş verən zamanı nə etməli”, “Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması” mövzularında tədbir iştirakçılarına məlumat verilib.

Tədbirdə FHN-in yaranması, strukturu və fəaliyyəti haqqında sənədli film nümayiş olunub, mövzu ilə bağlı hazırlanmış bukletlər paylanılıb, məktəbin müəllim və şagird heyətini maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR