Gəncədə məktəblini maşın vurub

Gəncədə məktəblini maşın vurub
# 21 may 2014 07:48 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində məktəblinin vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Adil Ziyadxanov küçəsində qeydə alınıb. Şəhər sakini Nicat Məhərrəmov “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən, piyada 29 nömrəli orta məktəbin 7-ci sinif şagirdi Səbinə İsgəndərovanı vurub.

Məktəbli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR