Azərbaycanın Fransadakı səfirliyi 28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirib

Azərbaycanın Fransadakı səfirliyi 28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirib
# 30 may 2014 15:18 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Fransadakı səfirliyi 28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə 600-ə yaxın qonaq iştirak edib.

Qonaqların arasında Fransa hökumətinin, parlamentinin və xarici siyasət idarəsinin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, hərbi attaşelər, jurnalistlər, Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri, habelə müxtəlif ictimai qurumların təmsilçiləri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR