“Azərbaycanda yerli idarəetmədə qadın liderliyinin gücləndirilməsi” mövzusunda konfrans keçirilir - FOTOSESSİYA - VİDEO

“Azərbaycanda yerli idarəetmədə qadın liderliyinin gücləndirilməsi” mövzusunda konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 noyabr 2013 10:23 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Bakıda “Azərbaycanda yerli idarəetmədə qadın liderliyinin gücləndirilməsi” adlı konfrans keçirilir.

APA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən təşkil olunmuş konfrans Azərbaycanda yerli özünüidarəetmədə təmsil olunan qadınlar üçün hazırlanmış “Dayaq” mentorluq proqramının davamı olaraq keçirilir.

Konfransın əsas məqsədi qadınların qərar qəbuletmə prosesində təşəbbüskarlığının və siyasi iştirakının gücləndirilməsidir.

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel Azərbaycan cəmiyyətinin siyasi və iqtisadi sahələrində qadınların rolu və fəallığını artırılması vacibliyini vurğulayıb. O qeyd edib ki, yerli idarəetmədə qadın liderliyinin gücləndirilməsi Azərbaycan hökumətinin xeyrinə işləyəcək. Xanım səfir gələn il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində qadınların daha fəal təmsil olunmasına ümidvar olduğunu bildirib.

Konfransda dövlət qurumları, bələdiyyə üzvləri, QHT-lərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, tədbirdə yerli özünüidarəetmədə təmsil olunan qadınlar üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən hazırlanmış “Fəal ol” adlı praktik fəaliyyət kitabçasının təqdimatı olub.

Konfransdan sonra bu gün Kapelhaussda “Çərçivədən kənar” adlı multimedia sərgisi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR