«Təmiz Şəhər» ISO 9001 beynəlxalq sertifikatı alıb

«Təmiz Şəhər» ISO 9001 beynəlxalq sertifikatı alıb
# 26 dekabr 2013 08:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Təmiz Şəhər» ASC fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırmaq istiqamətində mütəmadi olaraq ciddi addımlar atır.

«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, qısa müddət ərzində cəmiyyət Keyfiyyət İdarəetmə Sistemləri üzrə bütün qayda və təlimatları hazırlayaraq onlara riayət etməyə başlayıb. Müstəqil auditorlar tərəfindən keçirilən yoxlamalar nəticəsində «Təmiz Şəhər»in bütün sahələrində beynəlxalq standartların prinsiplərinə uyğunluq təsdiq olunub.

Bu yaxınlarda isə dünyada tanınmış «TÜV Austria» şirkəti tərəfindən «Təmiz Şəhər» ASC «Bərk məişət tullantılarının idarə edilməsi fəaliyyəti üzrə» ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanan, müştərilərin tələblərinə uyğun xidmət göstərmək, reallaşdırmaq üçün mövcud olan əməliyyatların (proseslərin) sistem şəklində və yüksək keyfiyyətlə idarə edilməsinə tələblər müəyyənləşdirən ISO 9001 Keyfiyyəti İdarəetmə Sisteminin nominantları sırasına «Təmiz Şəhər» də qoşulub.

Səhmdar Cəmiyyət əldə etdiyi uğurlarla kifayətlənmir və növbəti ildə ISO 14001:2004 «Ekoloji Menecment Sistemi» və OHSAS 18001:2007 «Peşə sağlamlığı və təhlükəsizlik üzrə Menecment Sistemi» üzrə beynəlxalq sertifikatların alınması istiqamətində işlərini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR