“Los Angeles Times”: İranla ABŞ birbaşa danışıqlara daha yaxındır

“Los Angeles Times”: İranla ABŞ birbaşa danışıqlara daha yaxındır
# 12 sentyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla ABŞ birbaşa danışıqlara daha yaxındırlar”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ-da nəşr olunan “Los Angeles Times” qəzeti yazıb.

Xəbərdə bildirilir ki, ABŞ-la İran Suriya məsələsində bir-biri ilə əlaqələr qurmasından sonra birbaşa danışıqlar aparılması istiqamətində hərəkətlilik var: “Hər iki ölkə ümid edir ki, bu danışıqlar İranla ABŞ arasında ixtilafların azalmasına gətirib çıxara bilər”.

Məlumatda deyilir ki, son həftələr iki ölkənin prezidentləri arasında məktub mübadiləsi edilir: “İran prezidentinin sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxışı planlaşdırılır. ABŞ rəsmiləri də yığıncaq çərçivəsində iranlı həmkarları ilə görüşməyi mümkün hesab edirlər. Çünki son günlərdə hər iki tərəfin də mövcud gərginlikləri azaltmaq və barışıq arzusunu ifadə edən bəyanatları olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR