Səfir: «Braziliya şirkətləri «Bakutel» sərgisinə maraq göstərir»

Səfir: «Braziliya şirkətləri «Bakutel» sərgisinə maraq göstərir»
# 26 fevral 2014 11:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Braziliyanın ölkəmizdəki səfiri Santyaqo Luis Bento Fernandes Alkasar ilə görüşüb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanla Braziliya arasında dostluq müstəvisində genişlənən əlaqələrin bütün sahələrdə əks olunduğunu deyən Ə.Abbasov digər sahələrdə olduğu kimi, İKT sahəsində də əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu vurğulayıb.

İlbəil möhkəmlənən münasibətlərin uğurlu inkişafının təmin edilməsində qarşılıqlı marağın olduğuna diqqət çəkən nazir gələcək əməkdaşlıq istiqamətləri, perspektivlərdən söz açıb.

Azərbaycanda gedən sürətli inkişaf prosesləri ilə tanış olduğunu deyən S.Alkasar da ikitərəfli təmaslarda müşahidə olunan yüksək dinamikanı vurğulayaraq, əməkdaşlıq üçün geniş imkanların olduğunu dilə gətirib.

İKT sahəsində münasibətlərin inkişafından da söz açan diplomat Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri telekommunikasiya sərgisi olan «Bakutel»ə Braziliya şirkətlərinin də maraq göstərdiyini vurğulayıb.

Səfir iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR