Bakı İstintaq təcridxanasında təqsirləndirilən şəxsdən mobil telefon götürülüb

Bakı İstintaq təcridxanasında təqsirləndirilən şəxsdən mobil telefon götürülüb
# 20 noyabr 2013 13:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1987-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Faiq Ənvər oğlu Alıyevin üzərinə baxış keçirilərkən əynindəki idman paltarının cibindən daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Kenxinda” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR