“Azәrtunel” şirkәtinin ofisində yanğın baş verib - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

“Azәrtunel” şirkәtinin ofisində yanğın baş verib  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 07 fevral 2014 01:50 (UTC +04:00)

Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən xəbərə görə, ofisin ümumi sahəsi 200 kv.metrdir. Yanğın icraçı direktorun otağında baş verib. Nəticədə yanar konstruksiyalar 60 kv.m sahədə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

**** 04.20

Bakı. Mahir Məmmədli-APA. “Azәrtunel” şirkәtinin Bakının Heydәr Әliyev prospektindәki ofisi yanır.

Ofisin mühafizәçisinin APA-ya verdiyi mәlumata görә, yanğın qısaqapanmadan sonra başlayıb. Hadisә yerinә FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Suraxanı rayon hissəsinin 5-dәn çox yanğınsöndürmә briqadası cәlb edilib. Yanğın lokallaşdırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində tətbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR