Azərbaycan ötən il Gürcüstana 1,246 mlrd. kubmetr qaz ixrac edib

Azərbaycan ötən il Gürcüstana 1,246 mlrd. kubmetr qaz ixrac edib
# 10 fevral 2014 13:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı törəmə şirkəti olan «SOCAR Georgia Holding»in 2013-cü il üçün hesabatına əsasən, ötən il «SOCAR Georgia Gas» MMC tərəfindən 1 179 km uzunluğunda yeni qaz xətləri çəkilib, 37 500 abonent təbii qazla təmin olunub.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, hazırda ölkə üzrə şirkət tərəfindən çəkilən qaz xətlərinin ümumi uzunluğu 3 969 km təşkil edir, 347 mindən artıq abonentə xidmət göstərilir.

Eyni zamanda, «SOCAR Georgia Gas Distribution» MMC tərəfindən çəkilən yeni qaz xətlərinin uzunluğu 413 km, qazla təmin olunan abonentlərin sayı isə 11 500 təşkil edib.

Ötən il Gürcüstan bazarına «SOCAR Georgia Gas» MMC vasitəsilə 652,5 mln. kubmetr qaz idxal olunub. Gürcüstan hökuməti ilə ARDNŞ arasında imzalanmış müqaviləyə əsasən, ötən il «SOCAR Gas Export-Import» MMC vasitəsilə idxal olunan təbii qazın həcmi isə 1,246 mlrd. kubmetr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR