Bakı-APA. Pakistanda sərnişin qatarının partladılması nəticəsində 12 nəfər ölüb, 20 nəfər yaralanıb.
APA-nın Livanın “Daily Star” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə ölkənin cənub-qərbində, Bəlucistan əyalətində baş verib.
Yerli polisdən bildiriblər ki, qalıqların altından 11 nəfərin meyiti çıxarılıb.
Daha bir nəfər xəstəxanaya aparılarkən yolda keçinib.