Malidə Kidal şəhəri uğrunda gedən döyüşlərdə 20 hərbçi həlak olub

Malidə Kidal şəhəri uğrunda gedən döyüşlərdə 20 hərbçi həlak olub
# 23 may 2014 03:56 (UTC +04:00)

Bakı-APA. Malinin şimal-şərqindəki Kidal şəhəri uğrunda ordu və üsyançı tuareqlər arasında gedən döyüşlərdə 20 hərbçi həlak olub, daha 30-u isə yaralanıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Malinin müdafiə nazirinin açıqlamasında bildirilir.

“Hər iki tərəfdən ölən və yaralananlar var. Təəssüf ki, biz 20 hərbçi itirdik, daha 30 nəfər isə yaralanıb”, deyə nazir bildirib.

Onun sözlərinə görə, bir neçə hərbçi əsir düşüb

Qeyd edək Kidal şəhəri 2 gün əvvəl üsyançı tuareqlər tərəfindən zəbt olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR