Krım əhalisinin 96,6 faizi muxtar respublikanın Rusiyaya birləşməsinə səs verib

Krım əhalisinin 96,6 faizi muxtar respublikanın Rusiyaya birləşməsinə səs verib
# 17 mart 2014 08:07 (UTC +04:00)

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Krım Ali Şurasının referendumun təşkili üzrə komissiyanın rəhbəri Mixail Malışev bəyan edib.

Artıq protokolların 100 faizinin hesablandığı bildirilir.

Qeyd edək ki, dünən Krım Muxtar Respublikasında referendum keçirilib. Referenduma iki sual çıxarılıb: “Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı?” və “Siz Krım Respublikasının 1992-ci il Konstitusiyasının bərpasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?”

Dünyanın əksər ölkələri və beynəlxalq təşkilatlar referendumu qeyri-qanuni elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR