Bu il Azərbaycanda dəm qazı zəhərlənməsi ilə Kliniki Tibbi Mərkəzə 200-ə yaxın müraciət daxil olub

Bu il Azərbaycanda dəm qazı zəhərlənməsi ilə Kliniki Tibbi Mərkəzə 200-ə yaxın müraciət daxil olub
# 02 may 2014 15:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda dəm qazı zəhərlənməsi ilə Kliniki Tibbi Mərkəzə 200-ə yaxın müraciət daxil olub.

Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, onların 141 nəfəri xəstəxanaya yerləşdirilib.

A.Maqsudov qeyd edib ki, 4 ay ərzində dəm qazından zəhərlənmə nəticəsində 2 ölüm hadisəsi baş verib: “Dəm qazından zəhərlənənlər arasında qadınlar üstünlük təşkil edir. Zəhərlənənlərin 60%-i qadınlar, 35%-i kişilər, 5%-i isə uşaqlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəm qazından zəhərlənmələrin sayı azalıb. Ötən ilin 4 ayı ərzində Klinik Tibbi Mərkəzə 260 müraciət daxil olub ki, onların da 215 nəfəri klinikaya yerləşdirilib. Bu da əsasən cari il qış fəslinin ötən illə müqayisədə daha mülayim keçməsidir. Bundan başqa, mətbuatda gedən yazıların, sosial çarxların, reklam roliklərinin bu məsələdə öz müsbət rolunu oynayıb və nəticədə belə halların sayı azalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR