İranda zəlzələ olub

İranda zəlzələ olub
# 20 dekabr 2013 22:35 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Sistan və Bəlucistan vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Səravan şəhərinə təsadüf edib.

4 bal gücündə olan zəlzələ dekabrın 20-də Bakı vaxtı ilə saat 22:12-də yerin 16 km dərinliyində qeydə alınıb. Yeraltı təkanlar Səravandan 93 km, Sorandan 122 km və Sirkandan 137 km aralıda olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Həmçinin İranın Şərqi Azərbaycan vilayətinin Vərzəqan şəhərində 3.1 bal gücündə zəlzələ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR