APA-nın məlumatına görə, indiyə qədər xarici diplomatik (səfirliklər, ticarət nümayəndəlikləri, hərbi attaşe, iqtisadi əlaqələr üzrə məsləhətçilər aparatı, həmçinin diplomatik və konsul nümayəndəliklərinin tərkib hissəsi olan digər bölmələr), yaxud konsul nümayəndəlikləri, səfir ranqına bərabər sayılan digər beynəlxalq təşkilatlar, həmçinin bu nümayəndəliklərin diplomatik səviyyəli (ranqlı) təşkilatlarının əməkdaşlarının və onların ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “D” seriyalı dövlət qeydiyyat nişanları verilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi diplomatik, konsul kartoçkaları təqdim edilirdi.
Diplomatik və konsul nümayəndəliklərinin, digər beynəlxalq təşkilatların inzibati-texniki və xidmət personalının, onların əməkdaşlarının ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “T" seriyalı dövlət qeydiyyat nişanları vermək üçün isə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş xidməti kartoçkalar təqdim olunurdu.
Bundan sonra xarici diplomatik (səfirliklər, ticarət nümayəndəlikləri, hərbi attaşe, iqtisadi əlaqələr üzrə məsləhətçilər aparatı, həmçinin diplomatik və konsul nümayəndəliklərinin tərkib hissəsi olan digər bölmələr), yaxud konsul nümayəndəlikləri, səfir ranqına bərabər sayılan digər beynəlxalq təşkilatlar, həmçinin bu nümayəndəliklərin diplomatik səviyyəli (ranqlı) təşkilatlarının əməkdaşlarının və onların ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “D” seriyalı, diplomatik və konsul nümayəndəliklərinin, digər beynəlxalq təşkilatların inzibati-texniki və xidmət personalının, onların əməkdaşlarının ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “T” seriyalı dövlət qeydiyyat nişanları vermək üçün yalnız Azərbaycan XİN tərəfindən verilmiş qeydiyyata alınma haqqında vəsiqələr təqdim ediləcək.
Azərbaycanda çalışan diplomatların və ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanları verilməsi qaydası dəyişib
18 may 2014 13:49 (UTC +04:00)
Xarici siyasət
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024
Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlər müzakirə olunub - FOTO
22:21
4 may 2024
İƏT-in XVI İslam Sammiti Azərbaycanda keçiriləcək
22:03
4 may 2024