İran prezidenti Tehrandakı yəhudi hospitalına 170 min dollar ianə verib

İran prezidenti Tehrandakı yəhudi hospitalına 170 min dollar ianə verib
# 06 fevral 2014 22:32 (UTC +04:00)

APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, Həsən Ruhani ianəni Tehranda 70 il əvvəl açılmış “Doktor Şapirin hospitalı”na verib. Qeyd edək ki, İran prezidenti qeyd olunan tibb mərkəzinə 2013-cü ildə də eyni məbləğdə ianə vermişdi.

Agentliyin məlumatına görə, Yaxın Şərq ölkələri arasında ən böyük yəhudi icması İrandadır.

İran prezidenti Həsən Ruhani ötən il CNN telekanalına müsahibəsində Holokost soyqırımı faktının olduğunu etiraf edib və onu faşistlərin yəhudi xalqına qarşı törətdiyi cinayət adlandırıb.

Qeyd edək ki, İranın əvvəlki prezidenti Mahmud Əhmədinejad dəfələrlə Holokostu inkar edib.

O ardıcıl olaraq verdiyi bəyanatlarda 1930-40-cı illərdə etnik əlamətə görə yəhudilərin kütləvi şəkildə məhv edilməsi siyasətinin olduğunu inkar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR