Azərbaycanda inşaat sektoruna yönəldilən vəsaitin həcmi 16,6% artıb

Azərbaycanda inşaat sektoruna yönəldilən vəsaitin həcmi 16,6% artıb
# 15 noyabr 2013 15:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr Azərbaycanda inşaat kompleksində bütün maliyyə mənbələrindən əsas kapitala 13,1 mlrd. manat həcmində, yaxud 16,6% çox vəsait yönəldilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, vəsaitin 4.9 mlrd. manatı (37,1%) qeyri-dövlət bölməsinə məxsus, 8,2 mlrd. manatı isə dövlət bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən qoyulub.

Bilavasitə tikinti-quraşdırma işlərinə 8,7 mlrd. manat sərf olunub və ümumi vəsaitin 66,7%-ni təşkil edib. İstifadə edilmiş vəsaitin 51,1%-i və ya 6,7 mlrd. manatı məhsul istehsalı obyektlərin inşasına sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin 9,7 mlrd. manatını və ya 74,2%-ni daxili vəsait, 3,4 mlrd. manatını xarici vəsait təşkil edib. Bu il inşası davam etdirilən və yeni tikilən obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 5980,6 mln. manatından istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR