Bosniya və Herseqovinada etirazçılarla polis arasında 130-dan çox insan xəsarət alıb

Bosniya və Herseqovinada etirazçılarla polis arasında 130-dan çox insan xəsarət alıb
# 07 fevral 2014 04:29 (UTC +04:00)

Bakı-APA. Bosniyanın Tuzla şəhərində hökumət əleyhinə iki gündür davam edən etiraz aksiyaları zamanı 130-dan çox insan xəsarət alıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, polis əməkdaşları aksiyaların dağıdılması üçün gözyaşardıcı qazdan istifadə ediblər. Etiraz aksiyaları paytaxt Sarayevo daxil olmaqla Bosniya və Herseqovinanın digər şəhərlərində də keçirilib. Xəsarət alanlardan 104 nəfərin polis əməkdaşı, 30-nun isə etirazçı olduğu bildirilir.

Etirazlara səbəb ölkədəki ağır sosial vəziyyət olub. Qeyd edək ki bu ölkədə işsizliyin səviyyəsi 44 faiz təşkil edir. Etirazçılar özəlləşmənin nəticələrinə yenidən baxılmasını və ölkədə sosial ədalətin təmin olunmasını tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR