Tovuzda fermerlərə traktor paylanıb - FOTO

Tovuzda fermerlərə traktor paylanıb - <span style="color: red;">FOTO
# 08 may 2014 09:09 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Tovuz “Aqroservis” filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış “Belarus” tipli 125 traktora baxış keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazir əvvəlcə filialda yaradılmış şəraitlə tanış olub.

Sonra respublikanın müxtəlif rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edən H. Əsədov bildirib ki, Tovuz “Aqroservis” filialına gətirilmiş 125 ədəd traktordan 43-ü fermer və sahibkarlara lizinq yolu ilə verilir.

Nazir əlavə edib ki, fermerlər qarşılaşdıqları hər hansı problemlə bağlı nazirlikdə yaradılan “Qaynar xətt” (1652) ilə əlaqə saxlaya bilərlər.

H. Əsədov daha sonra Tovuzda fəaliyyət göstərən dövlət toxumçuluq təsərrüfatında, rayon baytarlıq və fitosanitar xidməti idarələrində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR