Bu gündən Ramazan ayı başlayıb - VİDEO

Bu gündən Ramazan ayı başlayıb - <span style="color: red;">VİDEO
# 28 iyun 2014 21:00 (UTC +04:00)

APA-nın məlumatına görə, şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı iyulun 28-i və ya 29-na təsadüf edəcək.


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan orucunu tutanlara kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. QMİ-dən bildirilib ki, oruc və namaz vaxtlarını ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan, elmə əsaslanan, milli-mənəvi birliyə xidmət edən cədvələ müvafiq nizamlamaq tövsiyə olunur. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə edilib.


QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 24-dən 25-nə və 26-dan 27-nə keçən gecələrə təsadüf edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR