Balakəndə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Balakəndə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
# 18 iyun 2014 08:14 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəza rayonun Qazma kənd ərazisində baş verib. 1985-ci il təvəllüdlü Tülü kənd sakini Taleh Məhəmməd oğlu Qarayev “Hyundai” markalı, 10 ML 549 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.

Baş vermiş qəza nəticəsində sürücü Taleh Qarayev, onun sərnişinləri - Balakən rayon sakinləri - 1981-ci il təvəllüdlü, Tahir İdris oğlu Bağırov və 1989-cu il təvəllüdlü, Rəşad Adil oğlu Kərimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Xəstəxanadan Tahir Bağırovun vəziyyətinin ağır, Taleh Qarayevin vəziyyətinin orta-ağır olduğu, Rəşad Kərimova ilkin yardım göstərildikdən sonra evə buraxıldığı bildirilib. Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR