Balakəndə avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb - VİDEO

Balakəndə avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 15 iyun 2014 09:40 (UTC +04:00)

Balakən Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yol qəzası Balakən-Kortala avtomobil yolunda qeydə alınıb.

Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1960-cı il təvəllüdlü Məhəmmədəmin Musa oğlu Lələyev idarə etdiyi “VAZ 21074” markalı, 10 US 380 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı işıq dirəyinə çırpıb.

Nəticədə sürücü və onun həmkəndlisi olan sərnişini, 1967-ci il təvəllüdlü İlqar Vaqif oğlu Lələliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Balakən RMX-dan APA-ya verilən məlumata görə, vəziyyətləri orta-ağır hesab olunur, müalicələri reanimasiya şöbəsində aparılır.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR