Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu 28 may - Respublika günü münasibətilə rəsmi qəbul təşkil edib - FOTOSESSİYA

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu 28 may - Respublika günü münasibətilə rəsmi qəbul təşkil edib  - <span style="color: red;">FOTOSESSİYA
# 24 may 2013 16:05 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu tərəfindən 28 may - Respublika günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Konsulluqdan APA-ya verilən məlumata görə, qəbulda Mangistau vilayət akimi (qubernatoru) Alik Serikbayeviç Aydarbayev, Aktau şəhər akimi (meri) Edil Terekbayoğlu Janbırşın, Mangistau vilayət akimliyinin idarə və təşkilatlarının rəhbərləri, Aktau şəhərində fəaliyyət göstərən elm və təhsil müəssisələrini, digər dövlət qurumlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun üzvlər, azərbaycanlı tələbələr, televiziya və mətbuat orqanlarının nümayəndələri iştirak edib.

Tədbirin açılışında Azərbaycan və Qazaxıstanın dövlət himnləri səsləndirilib. Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov tədbiri açaraq, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyətinin yaranma tarixindən, sovetlər birliyi süqut edəndən sonra ölkəmizin öz dövlət müstəqilliyini bərpası haqda məlumat verib. R.Məmmədov Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasət nəticəsində ölkəmizin möhkəmlənməsi və inkişafında qazandığı uğurları vurğulayaraq, müasir dövrdə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən lider ölkəyə çevrilməsindən danışıb.

Mangistau vilayət (qubernatoru) müavinin A.S.Aydarbayev çıxışında Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, bu əlaqələrin inkişafında Heydər Əliyevin və Nursultan Nazarbayevin uzaq görən siyasətləri nəticəsində qurulduğunu, bu gün də Azərbaycan və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Azərbaycan-Qazaxıstan dostluq cəmiyyətinin sədri Eldar Günaydın iki ölkə arasında mövcud dostluq əlaqələrindən söhbət açıb. Daha sonra tədbir iştirakçıları Mangistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Qarabağ” ansamblının, müğənni Həbib Quliyevin və gənc estrada və caz musiqisinin ifaçısı Rəfael Bayramovun ifasında mahnılara, “Azəri” rəqs qrupunun ifasında milli rəqslərə tamaşa ediblər. Tədbirdə həmçinin Qazaxıstan tərəfindən rəqs qrupunun ifasında qazax rəqsləri nümayiş etdirilib.

Tədbir “Qazaxıstan-Aktau” televiziya kanalı tərəfindən çəkilərək xəbərlər proqramında nümayiş etdirilib, həmçinin yerli və mərkəzi mətbuat orqanlarında işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR