İranda 2 nəfər edam edilib

İranda 2 nəfər edam edilib
# 21 may 2013 06:52 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Həmədan vilayətində 2 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər. Onların ad və soyadları açıqlanmayıb.

Məhbuslar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 20-də səhər saatlarında Həmədan şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar. Ümumiyyətlə, İranda narkotik maddələrin qaçaqmalçılığı, təcavüz, qətl, silahlı soyğun kimi cinayətlərə görə ölüm cəzası verilir.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, 7 nəfər Rəşt, 3 nəfər Kərəc, 2 nəfər Tehran, 1 nəfər isə Noşəhr, 1 nəfər Zahidan, 1 nəfər Xürrəmabad şəhərində edam edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR