Sergey Lavrov ATƏT-i Ukraynada milli əhval- ruhiyyənin artmasını pisləməyə çağırıb

Sergey Lavrov ATƏT-i Ukraynada milli əhval- ruhiyyənin artmasını pisləməyə çağırıb
# 26 fevral 2014 09:17 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-i Qərbi Ukraynada milli və neofaşist əhval-ruhiyyənin artmasını pisləməyə çağırıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin S.Lavrovun ATƏT baş katibi Lamberto Zannierlə görüşünün yekunlarına dair yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunub ki, Rusiya XİN başçısı ATƏT-i Ukraynada millətçilərin rus dilinə qadağa qoyulması cəhdini, söz azadlığının məhdudlaşdırılması və siyasi partiyaların bağlanmasını qınamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR