Bakıda dini tolerantlığın möhkəmləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Bakıda dini tolerantlığın möhkəmləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 17 noyabr 2014 07:35 (UTC +04:00)

APA-nın xəbərinə görə, konfransı açan ATƏT-in Bakı layihə əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski bildirib ki, konfrans zamanı Azərbaycan tolerantlıq nümunəsi kimi müzakirə olunacaq.

Səfir deyib ki, bu tədbir ATƏT-in Azərbaycanda yeni statusda keçirilən ilk tədbiridir. O, Fransanın tarixinə toxunaraq dini dözümlülüyün vacib olduğunu vurğulayıb: “Azərbaycanda antisemitizm heç vaxt mövcud olmayıb, yaxşı olardı ki, dünyanın digər yerlərində də belə olaydı. Azərbaycan bu sahədə nümunəvi rol oynaya bilər. Bəzən dindən siyasi məqsədlərə çatmaq üçün istifadə olunur. Zorakılıq, islamofobiya, xristianofobiya kimi halların qarşısını almaq çox önəmlidir. Bu problem dünyada, ATƏT məkanında aktual olaraq qalır. Bu gün dünyada islamofobiyanın artmasını görürük. Sünnilər şiələrlə, şiələr sünnilərlə qarşıdurma şəraitindədir. Dünyanın bəzi yerlərində hələ də “yəhudiləri öldürək” şüarları mövcuddur. Belə hallar heç cür qəbul oluna bilməz. Belə bir vəziyyətdən çıxmaq asan deyil, amma biz birgə nələrsə edə bilərik ki, terrorizmin, dini radikalizmin qarşısını alaq, biz bunun üçün birgə hərəkət etməliyik. Çox vacibdir ki, cəmiyyətdə bu ideyalar yayılsın, bu problemlərin həllində gənclərin rolu vacibdir. Din dünyada bölünmə, ayrı-seçkilik mənbəyi olmamalıdır. Tolerantlıq qarşılıqlı hörmət deməkdir, məktəblərdə uşaqlara dinin sülhə xidmət etməsinin zəruriliyini tədris etmək lazımdır ki, din radikalizmə xidmət etməsin. Azərbaycanın təcrübəsini bu gün müzakirə etməklə biz bunun dünyada bir nümunə olduğunu çatdırmaq istəyirik. Cənab prezident Multikulturalizm Mərkəzi yaratmaq təşəbbüsünü irəli sürüb və biz bu mərkəzlə birgə çalışmalıyıq”.

Daha sonra Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu iştirakçılara çatdırıb. Prezident iştirakçıları Beynəlxalq Tolerantlıq Günü münasibətilə təbrik edib. O, Azərbaycanın dini tolerantlıq məkanına çevrilməsini ölkə siyasətinin əsaslarından biri adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR