Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib
# 29 iyun 2016 10:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mənzildə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan 4 otaqlı mənzilin mətbəxində 6 kv.m sahədə döşəmə yanıb. Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR