MDB ölkələri silahlı qüvvələrinin qərargah rəisləri Komitəsinin növbəti iclası keçirilib - FOTO

 MDB ölkələri silahlı qüvvələrinin qərargah rəisləri Komitəsinin növbəti iclası keçirilib - <span style="color: red;">FOTO
# 27 may 2015 14:46 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Bu gün Soçidə MDB üzvü olan dövlətlərin silahlı qüvvələrinin qərargah rəisləri Komitəsinin növbəti iclası keçirilib.

APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iclasda Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan silahlı qüvvələrinin baş qərargah rəisləri iştirak edib.

Toplantıda hərbi əməkdaşlığın müxtəlif istiqamətlərinə dair 15-ə yaxın məsələ müzakirə olunub.Qərargah rəisləri 2020-ci ilədək milli silahlı qüvvələrin inkişaf konsepsiyasını hazırlayıblar. Payızda MDB dövlət başçıları Şurasında bu konsepsiyanın qəbul edilməsi gözlənilir.

MDB üzvü olan ölkələrin birgə hərbi təlimlər keçirməsi məsələsi də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR