“Şahdəniz-2” layihəsi ilə bağlı 5 mln. funt sterlinq dəyərində yeni müqavilə imzalanıb

“Şahdəniz-2” layihəsi ilə bağlı 5 mln. funt sterlinq dəyərində yeni müqavilə imzalanıb
# 31 iyul 2014 07:53 (UTC +04:00)

APA-Economics”in “Petrofac” şirkətinə istinadən yaydığı məlumata əsasən, dəyəri 5 mln. funt sterlinq olan layihə Xəzərin Azərbaycan sektorunda dünyanın ən iri qaz yataqlarında birində yeni sahil, dəniz və boru kəmərlərinin aktivlərini əhatə edir.

Müqavilədə şirkət tərəfindən etibarlılıq, dəstək strategiyasının hazırlanması, avadanlığın siyahısının yoxlanılması, o cümlədən texniki avadanlığın idarə edilməsinə dair kompüterləşdirilmiş sistemin hazırlanması nəzərdə tutulub.

“BP-ni ən iddialı layihələrdən birində dəstəkləməyə və bizim yüksəkixtisaslı məsləhətçilər, mühəndislər, mədənçiləri və analitiklərlə təmin etməkdən şadıq”, - deyə müqavilənin imzalanması ilə bağlı şirkətin nümayəndəsi Stiv Conson bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR