Bu isə Türkiyə Cümhuriyyəti olaraq bizi ciddi olaraq narahat edir. Baş verənlər işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılmasının vacibliyinin ən açıq nümayişidir”. APA-nın məlumatına görə bu açıqlamanı Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun verib.
Səfir bildirib ki, artıq məsələ ilə bağlı Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müzakirələr aparıb.
"Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın da Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Hazırda hadisələrin gedişini çox diqqətlə izləyirik. Daimi sülhün bərpası üçün ciddi addımlar atılmasının vacibliyini düşünürük. Türkiyə olaraq bunu yalnız sözdə deyil, aktiv şəkildə gerçəkləşdirmək üçün Azərbaycanla həmrəy çalışmağa davam edəcəyik".
Diplomat Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, münaqişənin dərhal həll edilməsinin vacibliyini qeyd edib.
Səfir: “Azərbaycan prezidenti və Türkiyənin baş naziri cəbhədəki vəziyyəti müzakirə edəcək” - VİDEO
03 avqust 2014 10:36 (UTC +04:00)
Xarici siyasət
Mirzoyan Borellə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
22:02
25 may 2024
Azərbaycan XİN İordaniyanın Milli Bayramı münasibətilə təbrik ünvanlayıb
20:14
25 may 2024
Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb
13:59
25 may 2024
Bayden: Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq
12:35
25 may 2024