Azərbaycan və İran Dövlətlərarası Müştərək Komissiyanın həmsədrləri arasında telefon danışığı olub

Azərbaycan və İran Dövlətlərarası Müştərək Komissiyanın həmsədrləri arasında telefon danışığı olub
# 13 iyun 2016 20:13 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev. APA. Azərbaycan və İran Dövlətlərarası Müştərək Komissiyanın həmsədrləri - İranın Rabitə və İnformasiya texnologiyaları naziri Mahmud Vaezi və Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev arasında telefon danışığı baş tutub.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında tərəflər iqtisadi və ticarət əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

M.Vaezi İran prezidenti Həsən Ruhaninin yaxın gələcəkdə Azərbaycana səfər edəcəyinə toxunub və bildirib ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir: “Heç bir səbəb iki ölkənin səmimi və dostluq münasibətlərinə mənfi təsir göstərə bilməz”.

Söhbət zamanı tərəflər Tehranda keçirilən Müştərək komissiyanın sonuncu iclasında əldə olunan razılıqların icrasını tezləşdirmək, xüsusilə Qəzvin-Rəşt- Astara dəmir yolunun icrasının sürətləndirilməsi, Xəzər dənizində müştərək əməkdaşlıq, nəqliyyat və bank sahəsində əməkdaşlıqların daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR