Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirdə II turun oyunları keçirilib

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirdə II turun oyunları keçirilib
# 19 aprel 2015 05:17 (UTC +04:00)

Bakı-APA. Mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, 10 qrossmeysterin mübarizə apardığı yarışda aprelin 18-də II turun oyunları keçirilib.

İlk oyun günündə italiyalı Fabiano Karuana ilə xalı yarı bölən Şəhriyar Məmmədyarov bu dəfə dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. “Qaralar”la oynayan həmyerlimiz norveçli qrossmeysterlə görüşdə məğlub olub.

Yarışdakı digər təmsilçimiz Rauf Məmmədov isə ilk turda olduğu kimi, yenə yarım xalla kifayətlənib. O, bu dəfə hollandiyalı Aniş Giri ilə heç-heçə oynayıb.

18 aprel

II tur

Maykl Adams (İngiltərə, 2746) - Fabiano Karuana (İtaliya, 2802) - 0,5:0,5

Maqnus Karlsen (Norveç, 2863) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - 1:0

Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Vişvanatan Anand (Hindistan,2791) - 0,5:0,5

Aniş Giri (Hollandiya, 2790) - Rauf Məmmədov (Azərbaycan, 2658) - 0,5:0,5

Vladimir Kramnik (Rusiya, 2783) - Uesli So (ABŞ, 2788) - 0,5:0,5

Turnir cədvəli: Karlsen, Kramnik, So – 1,5 xal; Anand, Məmmədov, Vaşye-Laqrav, Karuana - 1; Adams, Məmmədyarov, Qiri – 0,5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR