Abşeronda 3 gün əvvəl dörd nəfəri vurub qaçan sürücü tutulub

Abşeronda 3 gün əvvəl dörd nəfəri vurub qaçan sürücü tutulub
# 24 iyun 2016 09:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeron rayonunda 3 gün əvvəl ağır qəza törədən sürücü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 21-də saat 23 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində rayon sakini Fazil Rzaxanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Xəlil Qubadovu, arvadı Ruhiyyəni, qızları Fidanı və Fizzəni vurub hadisə yerini tərk edib. Piyadalar xəstəxanaya yerləşdiriliblər.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Rzaxanov tutulub

.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR