Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri aparılır.
APA xəbər verir ki, bunu Kaliforniyadan olan səyyah Çarlz Vili Qarabağa səfər çərçivəsində bildirib.
O qeyd edib ki, son altı ildə bölgəyə turlar təşkil edir və bu müddətdə burada böyük inkişafın şahidi olub.
Səyyah yeni yolun səfər müddətini əhəmiyyətli dərəcədə qısaltdığını vurğulayıb. Onun sözlərinə görə, əvvəllər Xocavənddən həmin əraziyə gəlmək bir neçə saat çəkirdisə, bu dəfə yol cəmi 10 dəqiqə davam edib.
Amerikalı səyyah Zəngəzur dəhlizi istiqamətində geniş tikinti işlərinin aparıldığını bildirib. O, layihənin tam başa çatmasını görmək istədiyini qeyd edib: “Bütün bunlar Azərbaycanın bu ərazidə həyata keçirdiyi böyük quruculuq işlərinin göstəricisidir. Zəngəzur dəhlizi və ya TRIPP adlandırılan layihə istiqamətində də geniş tikinti işləri aparılır. Bu layihənin tam başa çatdığını görmək mənim üçün çox maraqlı olardı”.