Bank Of Baku

Prokuror "Nardaran işi" üzrə təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror "Nardaran işi" üzrə təqsirləndirilən şəxslərə cəza istəyib
# 03 iyul 2018 13:35 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun barəsində  cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs,  hazırda ev dustaqlığında olan Əbülfəz Bünyatov məhkəməyə təcili yardım maşınında, xərəkdə gətirilib. 

 

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Elxan İsgəndərovun  14 il, Əbülfəz Bünyatovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 

Həmçinin prokuror Əbülfəz Bünyatovun məhkəmə zalından həbs edilməsini istəyib.

 

Daha sonra E. İsgəndərovun vəkili Fariz Namazlı çıxış edərək ittihamların əsassız olduğunu deyib, bəraət hökmü çıxarılmasını xahiş edib.

 

Əbülfəz Bünyatovun vəkili Nardanə Fərzəliyeva da bəraət hökmü çıxarılmasını istəyib.

 

Əbülfəz Bünyatov son sözündə günhasız olduğunu deyib.

 

Proses iyulun 11- də davam edəcək.  

 

Qeyd edək ki, Elxan İsgəndərov və Əbülfəz Bünyatova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib.

 

Onlar 2015-ci il Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı ittiham olunurlar. 

 

Elxan İsgəndərov 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Ə.Bünyatovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR