İran səfiri: “İslam Әməkdaşlıq Təşkilatı Həccdəki hadisәnin araşdırılması üçün Səudiyyə Ərəbistanına heyәt göndәrmәlidir”

İran səfiri: “İslam Әməkdaşlıq Təşkilatı Həccdəki hadisәnin araşdırılması üçün Səudiyyə Ərəbistanına heyәt göndәrmәlidir”
# 30 sentyabr 2015 09:26 (UTC +04:00)

Bu sözlәri APA-ya açıqlamasında İranın Azәrbaycandakı sәfiri Möhsun Pakayin deyib. O bildirib ki, İranın Sәudiyyә Әrәbistanı ilә bәzi regional mәsәlәlәrdә fikir ayrılğı var vә hәr iki ölkә bunu yerindә hәll edir: “Biz bu mәsәlәni siyasilәşdirmәk istәmirik. Biz sadәcә, Hәcc ziyarәtinin gәlәcәyindәn çox nigaranıq. Baş verәn hadisә çox böyük bir faciәdir. İndiyә kimi elan olunan nәticәyә әsasәn 5 minә yaxın insan vәfat edib. Bunlar Nigeriya, Pakistan, o cümlәdәn İran vә digәr islam ölkәlәrindәn olan vәtәndaşlardır. Belә bir şayiә yayılıb ki, guya orada olan iranlı zәvvarlar iğtişaş vә qarşıdurma yaratmağa çalışıblar. Necә ola bilәr ki, ehram paltarı geyinәn, Hәcc ziyarәti edәn şәxs qarşıdurma yaratsın? Hadisәlәri düzgün bilmәsәk, gәlәcәk planlarımızı qura bilmәrik. Orada olan müsәlmanlar yaxından gördülәr ki, bu hadisә Sәudiyyә Ərəbistanının idarәçiliyi nәticәsində baş verib. Biz bu fikirdәyik ki, İslam Әməkdaşlıq Təşkilatı hadisәnin dәqiq araşdırılması üçün nümayәndә heyәti göndәrmәlidir. Ümid edirik ki, gәlәcәkdә bu kimi hadisәlәrin şahidi olmayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR