Rusiya və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
# 01 iyun 2016 13:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya və Fransanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, mayın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla fransalı həmkarı Jan-Mark Eyro arasında telefon danışığı olub. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Ukrayna problemi, 3 iyun tarixində Yaxın Şərq məsələsinin həlli ilə bağlı Parisdə keçiriləcək beynəlxalq görüş və ikitərəfli əlaqələr də müzakirə edilib.

Telefon danışığı fransalı nazirin təşəbbüsü ilə baş tutub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR