Gürcüstan müdafiə naziri: “Azərbaycan strateji maraqları uğrunda mübarizə aparır”

Gürcüstan müdafiə naziri: “Azərbaycan strateji maraqları uğrunda mübarizə aparır”
# 22 iyun 2016 14:38 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Azərbaycan strateji maraqları uğrunda mübarizə aparır”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu bu gün Tiflisdə “NATO-nun Varşava sammiti: “Çağırışlar və gözləntilər” adlı beynəlxalq konfransda iştirak edən Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli bildirib.

O, Gürcüstanın işğal altında olan Abxaziya və Cənubi Osetiya regionlarının Rusiya tərəfindən işğal olunduğunu xatırladıb: “Tarix göstərir ki, sənin səbrin varsa, çətin və strateji məsələlər üzərində işləyirsənsə, bu məsələlər həmişə müsbət həll olunur. Mən Gürcüstanın gələcəyinə və onun atlantik məkana inteqrasiya olunmasına, habelə Abxaziya və Cənubi Osetiya məsələlərinə nikbin baxıram. Azərbaycana gəlincə, demək istəyirəm ki, bu ölkə öz strateji maraqları naminə mübarizə aparır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR