Siyavuş Novruzov ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətləri kəskin tənqid edib

Siyavuş Novruzov ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətləri kəskin tənqid edib
# 23 noyabr 2012 09:41 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov deyib. O bildirib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində hansı tərəfdə olduğu bəllidir: “Fransaya baxdıqda isə, bu dövlətin də mövqeyi əvvəldən məlumdur, hətta keçmiş prezident Nikola Sarkozi Ermənistandakı çıxışında bir fikir işlədib ki, Fransa Ermənistanın bacısıdır. Yəni bu cür düşünən ölkə, üstəlik, uydurma “soyqırım”ın əleyhinə fikir söyləyənləri cinayət məsuliyyətinə cəlb etmək haqqında qanun qəbul edən dövlət ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə necə ədalətli yanaşa bilər? ABŞ-da da bilirsiniz ki, böyük erməni diasporu var. Hətta ermənilər Azərbaycana bir səfirin təyin olunmasına belə imkan vermədilər, Obama öz səlahiyyətindən istifadə edərək yalnız bir il müddətinə səfir təyin etdi. Amma həmin səfirin Konqresdə namizədliyi keçmədi. Erməni lobbisinin Konqresə bu cür təsiri olduğu halda, ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədrə də böyük təsiri olacaq. Bu baxımdan, ya bu həmsədrlik dəyişilməlidir və başqa-başqa ölkələrə verilməlidir, yaxud da ümumiyyətlə, ATƏT-in həmsədrliyi işinə xitam verilməlidir və bu proses BMT-nin Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR