Azərbaycana gələn xarici vətəndaşlara elektron vizaların verilməsi ilə bağlı şərtlər sadələşdiriləcək

Azərbaycana gələn xarici vətəndaşlara elektron vizaların verilməsi ilə bağlı şərtlər sadələşdiriləcək
# 04 dekabr 2012 13:41 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

E. Abdullayev qeyd edib ki, Azərbaycana gələn və vətəndaşlığı olmayan insanların ölkəyə giriş və çıxışı üçün elektron vizaların verilməsi işinin asanlaşdırılması məqsədi ilə elektron vizaların verilməsi üçün nəzərdə tutulan elektron ərizə formaları səfirliklərin saytlarında yerləşdiriləcək. Elektron vizaların verilməsi üçün lazımi məlumatlar da ölkəmizin xaricdəki səfirliklərinin internet saytlarda yerləşdiriləcək və konsulluqlarda bununla bağlı treninqlər keçiriləcək.

E. Abdullayev XİN-nin bununla bağlı ölkəmizin xaricdəki səfirlik və konsulluqlarına lazımi təlimatların verildiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR