İstanbulun boğaz körpüsündə qəza baş verib

İstanbulun boğaz körpüsündə qəza baş verib
# 20 dekabr 2012 07:34 (UTC +04:00)

Bakı – APA. Bu gün səhər Türkiyənin İstanbul şəhərindəki məşhur boğaz körpüsü üzərində avtomobil qəzası baş verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 06.00-da baş verən qəzada çoxlu sayda avtomobil toqquşub. Qəza nəticəsində yaralananlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzaya gecə yolun buz bağlaması səbəb olub. Hadisədən sonra körpü 1 saat bağlı qalıb və böyük tıxac yaranıb. Bələdiyyə işçiləri buz bağlamış yola duz səpdikdən və əzilən avtomobilləri kənara çəkdikdən sonra hərəkət bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR