Cəlilabad sakinini ildırım vurub

Cəlilabad sakinini ildırım vurub
# 05 iyun 2016 12:03 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda bədbəxt hadisə baş verib.

APA-nın Cənub bürosunun məlumatına görə, rayonun Cəfərxanlı kənd sakini, 33 yaşlı Zahid Ədalət oğlu Əhmədov ötən gün axşam saatlarında əkin sahəsində mobil telefonla danışarkən onu ildırım vurub.

Hadisə yerindəcə dünyasını dəyişmiş mərhum bu gün dəfn olunub.

Z.Əhmədov 3 uşaq atası olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR