Bakıda növbəti “Startup weekend”i keçiriləcək

Bakıda növbəti “Startup weekend”i keçiriləcək
# 29 oktyabr 2014 12:07 (UTC +04:00)

Bakı - APA-Economics. Noyabrın 21-dən 23-dək Bakıda startapçıların “weekend”i keçiriləcək.

İnnovativ texnologiyalar əsasında biznes qurmuş sahibkarlar, startap entuziastları, marketerlər, dizaynerlər və proqramçılar komandalarda bir araya gələrək, startaplar quracaq və öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edəcəklər.

Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində startapı tam formalaşdıraraq, işlək halda təqdim etməsidir. Prosesin effektivliyini təmin etmək məqsədilə iştirakçılar “mentor” statuslu peşəkarlar tərəfindən məsləhət ala biləcəklər.

“Baku Startup Weekend” müstəqil mütəxəssislər və “Startup Weekend” qlobal forumu tərəfindən təşkil edilib. Tədbirə ABŞ, Rusiya, İordaniya, Türkiyə də daxil bir neçə ölkədən qonaqlar qatılacaq.

Tədbiri Samsung, DSC, Unibank və ATL şirkətləri dəstəkləyir. Yüksək Texnologiyalar Parkı, ADA universiteti, Khazar Ventures, Galaxy mağazaları tədbirin təşkilati partnyorlarıdır.

“Startup Weekend” 2007-ci ildən başlayaraq, 107-dən çox ölkədə keçirilmiş və bu foruma ümumi olaraq 100 000-dən artıq sahibkar cəlb edilib. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranıb müvəffəqiyyətlə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR