İstanbulda Türk Dünyası Uşaq Şənliyi başlayıb - FOTOSESSİYA

İstanbulda Türk Dünyası Uşaq Şənliyi başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 25 may 2015 11:52 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbulda XXİ Türk Dünyası Uşaq Şənliyi başlayıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə keçirilən və 21 ölkədən 35 uşaq heyətinin qatıldığı şənliyin startı Asiya qitəsindəki Söyüdlüçeşmə səmtində verilib. Oradan Kadıköy meydanına qədər keçirilən yürüşdən sonra meydanda uşaq şənliyinin açılış mərasimi olub.

Mərasimdə çıxış edən Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan türk dünyasının müxtəlif nöqtələrindən gələn qonaqları salamlayıb: “Türkiyə sizin öz vətəniniz, buradakı hər ev sizin öz evinizdir. Sizi 21-ci dəfə bir araya toplamağımızın əsas məqsədi türklük şüurumuzun daha da güclənməsinə xidmət etməkdir. İnanıram ki, bundan əvvəl gələn heyətlər kimi, sizlər də burada yaratdığnız əlaqələr nəticəsində “dildə, fikirdə, işdə birlik” düsturunun həyata keçirilməsi istiqamətində fəal rol oynayacaqsınız”.

TDAV başqanı Közhan Yazqan şənliyinin keçirilməsinə dəstək verən İstanbul Bələdiyyəsinə və şəhərin bəzi rayon bələdiyyələrinə minnətdarlığını bildirib.

Sibirdən Balkanlara qədər olan coğrafiyada məskunlaşmış türk xalqları təmsilçilərinin iştirak etdiyi XXİ Türk Dünyası Uşaq Şənliyində Azərbaycanı Bakıdakı Atatürk Liseyinin şagirdləri təmsil edir. Şənlik mayın 26-da Bağçılar Bələdiyyəsinin idman kompleksində nümayəndə heyətlərinin nümayiş etdirəcəkləri musiqi proqramı ilə yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR