Rusiya XİN-i Sergey Lavrovun Azərbaycana səfər edəcəyini təsdiqləyib

Rusiya XİN-i Sergey Lavrovun Azərbaycana səfər edəcəyini təsdiqləyib
# 01 iyul 2016 05:51 (UTC +04:00)

Bakı-APA. Rusiya Xarici İşlər Nazirliyində Sergey Lavrovun KTMT XİN rəhbərləri Şurasının iclasında iştirak etmək üçün iyulun əvvəlində Ermənistana, sonra isə Azərbaycana səfər edəcəyini təsdiqləyiblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin bildirib.

“Əvvəlcə nazir iyulun 4-də keçiriləcək KTMT XİN rəhbərləri Şurasının iclasında iştirak edəcək, sonra isə Azərbaycana səfər edəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ötən gün almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə Sergey Lavrovun İrəvandan sonra Bakıya səfər edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR