MM-in komitə sədri: “Taxılçılıqda hər hektardan məhsuldarlığı 30,5 sentnerə çatdırmışıq”

MM-in komitə sədri: “Taxılçılıqda hər hektardan məhsuldarlığı 30,5 sentnerə çatdırmışıq”
# 14 iyun 2016 10:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Artıq nefti yaddan çıxarmalıyıq. Ölkəmizdə aqrar sahədə və sənayedə qeyri-neft sektorunu inkişaf etdirmək üçün böyük potensial var”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

O bildirib ki, Azərbaycan yüksək keyfiyyətli məhsul istehsal edərək xarici bazarlara çıxmalı, ölkəyə valyuta gətirməli, eyni zamanda, ərzaq təhlükəsizliyini təmin etməlidir: “Ölkəmizdə “Kənd təsərrüfatı ili”ndə taxılçılıqda hər hektardan məhsuldarlığı 30,5 sentnerə çatdırmağa müvəffəq olduq. Bu, Azərbaycan tarixində görünməmiş göstəricidir. Bütün bunlar respublikamızın inkişaf yolunda olduğunu təsdiqləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR