İtaliyalı senator: “Vyana görüşü Qarabağ probleminin həlli istiqamətində mühüm addımdır”

İtaliyalı senator: “Vyana görüşü Qarabağ probleminin həlli istiqamətində mühüm addımdır”
# 09 iyun 2016 12:41 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “İtaliya ilə Azərbaycan parlamentlər səviyyəsində əməkdaşlığın gücləndirilməsinə sadiqdir. Xüsusi vurğulanmalı cəhət ondan ibarətdir ki, əhalisinin əksəriyyəti müsəlman, lakin dünyəvi dövlət olan Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri qurmağa can atır”.

APA-nın verdiyi xəbərə görə, bunu İtaliya Senatının Avropa İttifaqı siyasəti Daimi Komissiyasının sədri, İtaliyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vannino Kitti “senatorird.it” saytına açıqlamasında deyib.

V. Kitti bildirib ki, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq prinsipləri əsasında, sülh yolu ilə həll edilməlidir: “Ermənistan və Azərbaycan prezidentləri arasındakı son görüş və yeni görüşlə bağlı öhdəlik bu istiqamətdə mühüm addımdır. İtaliya, Avropa İttifaqı və bütün beynəlxalq ictimaiyyət bu addımları dəstəkləməlidir”.

Qeyd edək ki, V. Kittinin rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin mayın 26-28 tarixlərində Azərbaycana səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR