Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır
# 02 iyun 2016 08:36 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol" ASC-nin Mətbuat katibliyindən "APA-Economics"ə verilən məlumata görə, bu gün saat 11:00-dan etibarən Nərimanov rayonu Əliyar Əliyev, axşam saat 23:00-dan isə Ağa Nemətulla küçələrində rənglənmə işləri aparılacaq. Bir-neçə saat ərzində davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və sözügedən küçələrdə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR